REGİONLAR


Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə isə 10 metr enində yeni torpaq yatağı inşa olunub. Daha sonra 2 qat olmaqla yola yeni asfalt-beton örtük döşənib.

Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 millimetr olan 4 ədəd suötürücü boruların tikintisi aparılıb.

Sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranıb. Bundan başqa, inşa olunacaq yeni yol yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.