MƏDƏNİYYƏT
Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdikləri konsert proqramı ilə davam edib.
AZƏRTAC xəbər verir ki, səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləmiş, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizi, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaratmış, onların bayram sevincini daha da artırıb.
Sonda Bakının bahar səmasını möhtəşəm al-əlvan atəşfəşanlıq bəzəyib.