MƏDƏNİYYƏT
Novruz bayramı münasibətilə Gürcüstanın Qardabani rayonunda şənlik təşkil edilib
Tbilisi, 20 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Gürcüstanın Qardabani rayonunda şənlik keçirilib.
Şəhərin mərkəzində Novruz atributlarından ibarət guşələr yaradılıb, süfrələr açılıb.
Rayonun musiqi kollektivlərinin üzvləri, məktəblilər, gənclər müxtəlif mahnı və rəqslər ifa ediblər. Nərd oyunu üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar təqdim olunub.
Sonra tədbir rayon mədəniyyət evində davam etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Qoça Camarauli, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və başqaları tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra aşıqlar və müğənnilər, rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri tanınmış müğənni Talıb Talenin solo proqramı ilə başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]