REGİONLAR


Novxanı-Sumqayıt yolunda velosipedçilər üçün xüsusi zolaq salınıb

A+ A

Sumqayıt, 25 avqust, AZƏRTAC 

Novxanı-Sumqayıt yolunda velosipedçilərin hərəkəti üçün 8 kilometrlik zolaq salınıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı-Sumqayıt yolu 8 kilometr məsafədə təmir edilib və yeni asfalt örtüyü döşənib. Velosipedçilərin təhlükəsiz hərəkət etmələri üçün yolun sağ kənarında velosiped zolağı ayrılıb. Bununla yanaşı, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər də qoyulub.

Şəhərin mərkəzi yollarında da velosiped zolaqlarının ayrılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.