İQTİSADİYYAT
Noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 müqavilə bağlanılıb
Bakı, 1 dekabr, AZƏRTAC
2015-ci ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87 faizi yaşayış evləri və mənzillər, 0,2 faizi inzibati binalar, 12,8 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 19,2 faiz, sığorta haqlarının məbləğində isə 0,5 faiz artım müşahidə edilib.
Noyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 242, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 230 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 10 918 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]