İQTİSADİYYAT


Noyabrda “Şimal” ES-də 129,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC

Cari ilin noyabr ayında “Şimal” Elektrik Stansiyasında (ES) 129,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,1 milyon kilovat-saat artıqdır.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin ötən 11 ayı ərzində isə ES-də elektrik enerjisi istehsalı 2 milyard 22,2 milyon kilovat-saata yaxın olub. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 46,6 milyon kilovat-saat çoxdur.

“Şimal” ES-in işini daha dayanıqlı təmin etmək məqsədilə təmir qrafikinə uyğun olaraq enerji bloku təftişə çıxarılıb. Təftiş zamanı nəzərdə tutulan təmir işləri tam həcmdə yerinə yetirilib, o cümlədən avadanlıqlarda yaranmış nasazlıqlar aradan qaldırılıb. Bununla yanaşı, gücü 409 MVt olan 2-ci enerji blokunun tikintisi də davam etdirilir.

Qeyd edək ki, ümumi gücü 400 MVt olan bu elektrik stansiyası 2002-ci ildə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.