CƏMİYYƏT


Noyabrda Təhsil Nazirliyinin vətəndaşlarla iş bölməsinə 13 min 568 müraciət daxil olub

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin noyabrında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ötən ay Vətəndaşlarla iş bölməsinə 13 min 568 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10 min 291 zəng (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 277 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1582 sənəd (484 ərizə, 727 məktub, 371 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, müəllimlərin işə qəbulu ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.