REGİONLAR


Noyabrın 11-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC 

Noyabrın 11-də saat 11-dən 13-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, saat 9-dan 18-dək Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.