REGİONLAR


Noyabrın 14-dək ölkə üzrə 64 min 149 ton pambıq tədarük olunub

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-dək ölkə üzrə pambıq tədarükü 64 min 149,3 ton təşkil edib. Bu isə 2015-ci il noyabrın 16-dək olan göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur (31 min 248 ton).

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 9525 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 6747,6 ton, İmişlidə 6417 ton, Ağcabədidə 6325 ton, Sabirabadda 6058 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.