İQTİSADİYYAT


Noyabrın 25-də Qaradağ və Şəmkir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 25-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bakının Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.