İQTİSADİYYAT
Noyabrın 2-dən lisenziyaların müddətinin uzadılması ilə bağlı sənədlərin qəbuluna başlanılacaq VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Noyabrın 2-dən müddəti bitmiş xüsusi razılıqların (lisenziya) müddətinin uzadılması ilə bağlı sənədlərin qəbuluna başlanılacaq. Bu proses Bakıdakı 5 saylı və regionlardakı “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda Bakıda keçirilən konfransdakı çıxışında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 662 min təşkil edir. Bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçiriləm iqtisadi siyasət dayanıqlıdır, davamlıdır və uğurlu model əsasında reallaşdırılır.