İQTİSADİYYAT


Noyabrın 30-da Qaradağ rayonunun bir hissəsinin təbii qaz təchizatı məhdudlaşdırılacaq

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 30-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bakının Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.