REGİONLAR


Noyabrın 7-dək ölkə üzrə 50 min 416 ton pambıq tədarük olunub

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-dək ölkə üzrə pambıq tədarükü 50 min 416,1 ton təşkil edib. Bu isə 2015-ci il noyabrın 10-dək olan göstərici ilə müqayisədə 1,7 dəfə çoxdur (29 min 955 ton).

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 7460,9 ton “ağ qızıl” yığıblar. Sabirabadda 5247,6 ton, Biləsuvarda 4818,4 ton, Ağcabədidə 4737,7 ton, İmişlidə isə 4246,5 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.