İQTİSADİYYAT


Noyabrın 8-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək

A+ A

Bakı, 7 noyabr, Elvin Camalov, AZƏRTAC

Noyabrın 8-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bu il iyul ayının 1-dən istismar müddəti başa çatmış “ET-5” tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə “20 Yanvar” metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.

Qeyd edək ki, 1985-ci ildən istismarda olan “ET-5” tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın “Thyssen Krupp” şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.