İQTİSADİYYAT


Nüfuzlu “Fortune Greece” jurnalı Azərbaycanı Yunanıstana örnək bilib

Bakı, 11 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yunanıstanın məşhur "Fortune Greece" jurnalına son illərdə Azərbaycanda aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritəsi, "Azexport" portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı danışıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib.

O qeyd edib ki, hazırda ölkəmizdə növbəti dövrlərdə iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın gücləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir. Bu məqamlar Strateji Yol Xəritəsində də nəzərdə tutulduğu kimi qarşıdakı illərdə ölkənin əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

"Fortune Greece" jurnalı Azərbaycanda aparılan iqtisadi islahatların artıq nəticə verdiyini, iqtisadi artımın və qeyri-neft ixracının həcminin artdığını göstərib. Müsahibədə, xüsusilə manatın sabitləşməsi vurğulanıb.

V.Qasımlı ilə müsahibə saytda onlayn dərc olunub.

http://www.fortunegreece.com/article/ti-bori-na-didaxi-stin-ellada-to-azermpaitzan-gia-tin-exodo-apo-tin-krisi/

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.