REGİONLAR


“Nuh Yurdu” intellektual oyunu üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 19 aprel, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən yeniyetmələr arasında “Nuh Yurdu” intellektual oyunu üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikasının “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Baba Əliyev çıxış edərək, oyunun keçirilmə qaydaları və məqsədi haqqında iştirakçılara məlumat verib, komandalara uğurlar arzulayıblar.

Səkkiz komandanın iştirak etdiyi birincilik iki əsas mərhələdən və finaldan ibarət olub.

Final mərhələsinin nəticələrinə görə, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin “Lider” komandası I yerə, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin “Göytürk” komandası II yerə, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yerə layiq görülüb.

Qalib komandalara təşkilatçılar tərəfindən diplom, kubok, fəxri fərman və bilik kitabları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.