REGİONLAR


“Nuh Yurdu” intellektual oyununun Ordubad rayon birinciliyinin qalibləri müəyyənləşib

A+ A

Ordubad, 20 oktyabr, AZƏRTAC 

Ordubad rayon Mədəniyyət Evində “Nuh Yurdu” intellektual oyununun Ordubad rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək, intellektual oyunun keçirilmə qaydaları və məqsədlərindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Oyunda 8 komanda iştirak edib. Nəticələrə görə, I yerə Ordubad rayon Vənənd kənd tam orta məktəbinin “Turan” komandası, II yerə Ordubad şəhər 1 nömrəli tam orta məktəbinin “Günəş” komandası, III yerə isə Ordubad rayon tam orta internat məktəbinin “Qarabağ” komandası layiq görülüb.

Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.