REGİONLAR


“Nuh Yurdu” intellektual oyununun Şərur rayon birinciliyinin qalibləri məlum olub

A+ A

Şərur, 4 noyabr, AZƏRTAC

Muxtar respublikanın Şərur rayonunda yerləşən “Bahar” kinoteatrında “Nuh Yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək, intellektual oyunun keçirilmə qaydaları və məqsədlərindən söhbət açıb, iştirakçılara uğurlar arzulayıblar.

İki əsas, bir final mərhələsindən ibarət olan birincilikdə 8 komanda iştirak edib.

İntellektual oyunun nəticələrinə görə, I yerə Çərçiboğan kənd tam orta məktəbinin “Çərçiboğan” komandası, II yerə Oğlanqala kənd tam orta məktəbinin “Oğlanqala” komandası, III yerə isə Ərəbyengicə kənd tam orta məktəbinin “Günəş” komandası layiq görülüb.

Qaliblərə diplom, fəxri fərman və kuboklar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.