REGİONLAR


“Nuh yurdu” intellektual oyunu üzrə Babək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Babək, 25 may, AZƏRTAC

Babək Rayon Mədəniyyət Evində yeniyetmələr arasında keçirilən “Nuh yurdu” intellektual oyunu üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev və Bəbək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı çıxış edərək, oyunun keçirilməsi qaydaları və məqsədi haqqında geniş məlumat verib, komandalara uğurlar arzulayıblar.

Səkkiz komandanın iştirak etdiyi oyun yarımfinal və final mərhələsindən ibarət olub. Oyunun yekun nəticəsinə əsasən Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Odlar yurdu” komandası I, Kərimbəyli kənd tam orta məktəbin “Zəka” komandası II, Şıxmahmud kənd tam orta məktəbin “Qarabağ” komandası III yerə layiq görülüb.

Qaliblərə təşkilatçılar tərəfindən fəxri fərman, diplom, kubok və kitablar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.