REGİONLAR


“Nuh yurdu” intellektual oyununun Culfa rayon birinciliyinə yekun vurulub

A+ A

Culfa, 15 oktyabr, AZƏRTAC

Culfa Rayon Mədəniyyət Evində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikasının Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Culfa rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov çıxış edərək, oyunun keçirilmə qaydaları və məqsədi barədə iştirakçılara ətraflı məlumat verib, onlara uğurlar diləyiblər.

Sonra oyuna start verilib. Səkkiz komandanın iştirakı ilə keçirilən oyun yarımfinal və final mərhələlərindən ibarət olub. Finalda “Darıdağ”, “Ulduz”, “İldırım” və “Zəka” komandaları mübarizə aparıblar.

Yekun nəticələrə görə, Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Darıdağ” komandası birinci yerə layiq görülüb. Ərəzin kənd tam orta məktəbinin “Zəka” komandası ikinci, Bənəniyar kənd tam orta məktəbinin “İldırım” komandası isə üçüncü olub.

Qalib komandalara diplom, kubok və fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.