REGİONLAR


“Nuh yurdu” intellektual oyununun Şahbuz rayon birinciliyində 8 komanda mübarizə aparıb

A+ A

Şahbuz, 4 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən “Araz” kinoteatrında yeniyetmələr arasında keçirilən “Nuh yurdu” intellektual oyununun Şahbuz rayon birinciliyində 8 komanda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikasının “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Şahbuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov çıxış edərək bildiriblər ki, “Nuh yurdu” intellektual oyununun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Çıxış edənlər komandalara uğurlar arzulayıblar.

İntellektual oyun yarımfinal və final mərhələlərindən ibarət olub. Səkkiz komanda arasından “Zəka”, “Qanlıgöl”, “Aşağı Qışlaq” və “Uğur” komandaları finalda iştirak etmək haqqı qazanıb. I yerə “Zəka” komandası, II yerə “Qanlıgöl” komandası, III yerə isə “Aşağı Qışlaq” komandası layiq görülüb.

Yekunda qalib gələn komandalara diplom, kubok, fəxri fərman və kitablar hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.