DÜNYA


Nürnberq şəhərində partlayış təhlükəsinə görə məktəb təxliyə olunub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Almaniyanın Nürnberq şəhərində polis partlayış təhlükəsi səbəbindən məktəblərdən birini təxliyə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli polisin nümayəndəsi Mikael Petsoldun sözlərinə görə, yerli vaxtla təxminən saat 10:30-da Katsvanq rayonunda yerləşən məktəbin ünvanına partlayış hədəsi gəlib. Nəticədə şagirdlər və müəllim heyəti təcili şəkildə məktəb binasını tərk ediblər.

İnsidentin qeydə alındığı yerdə hüquq-mühafizə orqanının əməkdaşları işləyir. Təhsil müəssisəsində və yaxınlıqdakı ərazidə axtarış aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.