DÜNYA


Nursultan Nazarbayev: Latın əlifbasına keçiddə Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır

Astana, 23 iyun, AZƏRTAC 

Astanada V Ümumdünya qazaxlar qurultayı keçirilir. Qurultayda dünyanın 39 ölkəsindən 800-dən çox nümayəndə, 350 nəfər qonaq qismində iştirak edir. Onların arasında yaradıcı, elmi və pedaqoji ziyalılar, biznes, KİV, dövlət və ictimai təşkilatların nümayəndələri var.

Qurultaya ilk dəfə Azərbaycan, Yaponiya, İtaliya, İrlandiya, Polşa və Moldovadan da qonaqlar qatılıb.

Ölkə başçısı Nursultan Nazarbayev qurultayda Qazaxıstanın latın əlifbasına keçməsinin əhəmiyyətindən danışıb. Yeni əlifbaya keçidin 2025-ci ilədək başa çatdırılacağını bildirən Prezident alimlərə latın əlifbasına keçən ölkələrin, o cümlədən Azərbaycan və Özbəkistanın təcrübələrindən istifadə etməyi məsləhət görüb. “İndi internet əsridir, böyüməkdə olan nəsildə bu, heç bir çətinlik yaratmayacaq”, - deyə Nursultan Nazarbayev vurğulayıb.

Prezident hökumət nümayəndələrinə “Otandaslar” (vətəndaşlar) fondunun yaradılmasını da tapşırıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.