DÜNYA


Nüvə silahının ləğv edilməsi barədə yeni müqavilənin layihəsi BMT-nin konfransında təqdim edilib

Tokio, 29 iyun, AZƏRTAC 

Hüquqi cəhətdən nüvə silahının ləğv edilməsini tələb edən müqavilənin ikinci layihəsi Nyu-Yorkda BMT konfransının iştirakçılarına təqdim edilib.

NHK telekanalının yaydığı məlumata görə, danışıqlara sədrlik edən Kosta-Rikanın BMT-dəki daimi nümayəndəsi Eleyn Uayt Qomes həmin layihəni iyunun 27-də onun əsasında müzakirələri davam etdirmək üçün təqdim edib. Müzakirələrin iyulun 7-də bu tədbirin yekunlaşacağı gün başa çatdırılması nəzərdə tutulur.

Layihədə deyilir ki, nüvə silahına malik olan və müqaviləyə qoşulmaq istəyən istənilən dövlət “təcili olaraq özünün nüvə silahları sistemini hazır vəziyyətdən çıxarmalı və malik olduğu və ya nəzarət etdiyi nüvə silahlarını, partladıcı nüvə qurğularını mümkün olan ən qısa vaxt ərzində sırdan çıxararaq ləğv etməlidir”.

E.U.Qomes qeyd edib ki, layihə hüquqi baxımdan icbari qaydaların tətbiqini və siyasi niyyəti özündə əks etdirən ifadələri birləşdirir.

Layihənin giriş hissəsində bildirilir ki, müqavilənin iştirakçısı olacaq dövlətlər atom bombardamanın və nüvə silahlarının sınağının qurbanı olanların çəkdiyi əzabları və onlara dəyən zərəri yaxşı xatırlayırlar.

Nüvə silahına malik olan dövlətlər, o cümlədən nüvə ehtiyatına yiyələnmiş Yaponiya və digər ölkələr bu danışıqlarda iştirak etmirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.