CƏMİYYƏT


Nyu-York Texniki Universitetinin “Fulbrayt” proqramı çərçivəsində yeni təhsil sistemi tətbiq olunur

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Nyu-York Texniki Universitetinin “Fulbrayt” proqramı çərçivəsində multilinqual, multikultural və multimedia təhsili ilə bağlı konfrans keçirilib.

Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov və başqaları iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Nyu-York Texniki Universitetinin əməkdaşı Xanım Melda Yıldız multilinqual, multikultural və multimedia təhsili haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, bu təhsil sistemi tədris planı və proqramların, dərsliklərin dəyişdirilməsi istiqamətində aparılır. Təhsil proqramına uyğun olaraq müasir fəal-interaktiv təlim metodlarına üstünlük verilir. Müasir dövrümüzdə yeni metodlar və onların tətbiqi, tələbələrin ingilis dilinə mükəmməl yiyələnmələri, bu dili səlis, yüksək səviyyədə öyrənmələri xarici dil müəllimlərinin qarşısında duran önəmli vəzifələrdəndir.

Azərbaycan təhsil sistemini yüksək qiymətləndirən M.Yıldız deyib ki, ölkədə ali təhsil qabaqcıl Avropa və dünya təhsil məkanına inteqrasiya edib.

Konfransda ADPU-da təhsilin inkişaf perspektivləri, beynəlxalq təcrübənin tətbiqi, yeni strategiya və konsepsiyalar, mədəniyyətlərarası dialoq barədə səmərəli fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.