DÜNYA


Nyu-York prokurorluğu Trampın xeyriyyə fondunu yoxlayır

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Ştatın baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, qurum xeyriyyə sahəsində qanuna əməl olunması ilə əlaqədar “Donald J.Trump Foundation” fondunda yoxlamalar aparır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqat son zamanlar aşkara çıxan bəzi şübhəli əməliyyatlar səbəbindən başlayıb.

ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Trampın xeyriyyə fondunun fəaliyyəti son aylar KİV-lərin diqqətini çəkib. Jurnalist təhqiqatı aparan “Washington Post” qəzeti milyarderin 2008-ci ildən yaratdığı fonda bir sent belə köçürmədiyini aşkarlayıb. Bundan başqa nəşrin iddiasına görə, Tramp xeyriyyəçilik üçün yığılan vəsaiti öz məqsədlərinə xərcləyib.

Biznesmeni, həmçinin 2013-cü ildə “Tramp universiteti” adlı təşkilatın əleyhinə araşdırma aparmaq istəyən Florida ştatının prokuroru Pem Bondinin hesabına qanunsuz pul köçürməkdə də ittiham edirlər.

“Forbes” jurnalının məlumatına əsasən, tikinti imperiyasının başçısı olan Donald Trampın varidatı 4,5 milyard dollar həcmində qiymətləndirilir. Biznesmenin özü isə 10 milyard dollardan çox kapitala malik olduğunu iddia edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.