DÜNYA
Nyu-York şəhərində "ağ gecə" VİDEO
Bakı, 30 iyul, Ceyhun Alışov, AZƏRTAC
İyulun 29-da ABŞ-ın Nyu-York şəhərində yerləşən Hudson çayı sahilində ağ paltar geyinmiş 5 min nəfər insanın iştirak etdiyi piknik təşkil olunub.
AZƏRTAC "CNN türk" telekanalının saytına istinadla xəbər verir ki, təşkil olunan mərasim gecə saatlarınadək davam edib.
Sosial mediada gündəmə gələn mərasimdə iştirak edən ağ paltarlı insanlar üzərilərində şəhərin rəngli işıqlarının əks olunduğu ağappaq görüntülərlə yadda qalıblar. Əvvəlcə ayrı-ayrı yerlərdən qrup halında əraziyə toplaşan insanlar axşam saatlarında bütünlüklə bir araya gəliblər. Hudson çayı parkında toplaşan insanlar maraqlı ənənələrinə sadiq qalaraq özləri ilə gətirdikləri yemək boğçalarını birlikdə açıb axşam yeməyinə başlayıblar. Daha sonra maraqlı rəqs nömrələri ilə əylənən minlərlə insan sosial şəbəkələr vasitəsilə piknikin təşkil olunduğu ünvanı göstərməklə insanları onlara qatılmağa səsləyiblər.