DÜNYA


Nyu-Yorkda baş verən partlayışda 25 nəfər xəsarət alıb

A+ A

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

Manhettendə baş verən güclü partlayış nəticəsində 25 nəfər xəsarət alıb.

Nyu-Yorkun Yanğınsöndürmə Xidmətinin yaydığı məlumata görə, xəsarət alanların zədələri ciddi deyil. Onlardan bəziləri təcili olaraq şəhər xəstəxanalarına çatdırılıb.

Partlayış axşam 8.30-dan sonra Manhettenin mərkəzində, altıncı və yeddinci prospektlər arasında 23-cü küçədə baş verib. Hüquq-mühafizə orqanları bildirirlər ki, partlayıcı qurğu gözdən əlillər üçün olan 14 mərtəbəli binanın yanında zibil qutusunda yerləşdirilib. Nyu-Yorkun antiterror bölməsi hadisə yerində təhqiqat aparır.

Yeli KİV-in məlumatına görə, həmin gün daha bir partlayış Nyu-Cersi ştatının Sisayd Park şəhərində marafon keçirilən ərazidə baş verib. Qaçışlar ABŞ dəniz piyadaları tərəfindən xeyirxahlıq məqsədilə keçirilib. Partladıcı qurğu zibil qutusunda olub. Partlayışda zərər çəkən olmayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.