DÜNYA


Nyu-Yorkda baş verən yanğın nəticəsində 21 nəfər xəsarət alıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Nyu-York şəhərinin Steyten-Aylend rayonunda baş verən güclü yanğın nəticəsində 21 nəfər xəsarət alıb, həmçinin 42 nəfər yaşayış yerindən məhrum olub.

AZƏRTAC “New York Daily News” nəşrinə istinadla xəbər verir ki, yanğın avqustun 18-də axşam saatlarında üçmərtəbəli yaşayış binasında başlayıb və qısa müddətdə ətraf binalara yayılıb. Nəticədə 3 bina tamamilə yanıb, 4 bina isə yararsız hala düşüb. Yerli KİV-lərin məlumatına əsasən, yanğının söndürülməsində 250 yanğınsöndürən iştirak edib.

Yerli hakimiyyət orqanları hadisə nəticəsində ümumilikdə 21 nəfərin, o cümlədən 17 yanğınsöndürənin müxtəlif dərəcəli xəsarətlər aldıqlarını bildirirlər. Onlardan ikisinin vəziyyəti ağırdır.

Yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.