Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nyu-Yorkda birinci ABŞ-Azərbaycan bank və maliyyə forumu uğurla keçib VİDEO

Vaşinqton, 29 may, AZƏRTAC

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Nyu-Yorkda yerləşən məşhur Harvard Klubunda birinci ABŞ-Azərbaycan bank və maliyyə forumu keçirilib.

Forumda hər iki tərəfdən hökumət rəsmiləri, maliyyə sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri və tanınmış mütəxəssislər, eləcə də xarici ölkələrin Nyu-Yorkda fəaliyyət göstərən diplomatik missiya və media təmsilçiləri iştirak ediblər. Ümumilikdə tədbirə 150-dən çox iştirakçı qatılıb. Bu formata ilk dəfə təşkil edilən forum Azərbaycanın bank və maliyyə perspektivləri, Cənubi Qafqaz regionunda maliyyə dinamikası və onun bank sektoruna təsiri və ABŞ-Azərbaycan arasında investisiya və ticarət tərəfdaşlığı üçün yeni imkanlar adlı üç sessiyadan ibarət olub. Dünyanın əsas maliyyə mərkəzi olan Nyu-Yorkda böyük maraqla qarşılanan forumun sessiyalarına “Bloomberg L.P.”, “Reuters” və “Maroon Capital Group” kimi məşhur media şirkətlərinin aparıcı redaktor və müxbirləri moderatorluq ediblər.

Forumun açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova və həmsədri Bill Delahant təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veriblər. S.Sadıqova Azərbaycan banklarının ölkənin neft və qaz sahəsində oynadığı mühüm roldan və iqtisadiyyatın diversifikasiyasına verə biləcəyi töhfədən bəhs edib. Bildirilib ki, tədbirin əsas məqsədi ABŞ-ın maliyyə institutlarını Azərbaycanın bank-maliyyə sektoru və bu sahədə mövcud investisiya imkanları ilə tanış etmək, qarşılıqlı investisiya imkanlarını təşviq etməkdir.

Ölkəmizin iqtisadi inkişafı və əldə edilmiş nailiyyətlər barədə məlumat verən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov zəngin təbii ehtiyatlara malik Azərbaycanın regionun aparıcı ölkəsinə çevrildiyini söyləyib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, ölkə iqtisadiyyatı son 5 ildə iki dəfə artıb, 2014-cü ildə ümumi daxili məhsul təqribən 75 milyard dollar təşkil edib, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox sərmayə yatırılıb. Avropa və Asiya arasında strateji coğrafi məkanda yerləşən Azərbaycan regionda mühüm layihələrin həyata keçirilməsində və iqtisadi inkişafında əsas rol oynayır. Cənubi Qafqaz regionunun ümumi daxili məhsulun 70 faizindən çoxu Azərbaycanın payına düşür. Azərbaycan Xəzərin enerji ehtiyatlarını xarici şirkətlər, o cümlədən ABŞ şirkətləri üçün açan ilk region ölkəsidir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas və etibarlı tərəfdaşa çevrilib. Azərbaycan, həmçinin Cənubi Qafqazda ilk peykin orbitə buraxılması istiqamətində ABŞ şirkətləri ilə sıx əməkdaşlıq edib, MDB məkanında “Boeing” şirkətinə məxsus “787 Dreamliner” təyyarəsini alan ilk ölkədir. Ölkəmiz nəqliyyat sahəsində böyük infrastruktur layihələri həyata keçirməklə regionun ticarət-tranzit imkanlarının genişləndirməsinə mühüm töhfələr verir. Səfir Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, bu sahəyə birbaşa xarici investisiyaların cəlb olunması üçün əlverişli biznes mühitinin və qanunvericilik bazasının yaradıldığı qeyd edib.

ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə köməkçisinin müavini Maykl Lalli ölkəsinin regionla ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda işlədiyi müddətdə böyük inkişafın şahidi olduğunu deyən M.Lalli bildirib ki, ABŞ şirkətləri yalnız məhsullarını bu regiona satmaqla kifayətlənməməli, eyni zamanda regionda iri layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçirməlidir. Bu layihələr təkcə enerji sahəsini deyil, həmçinin kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-tranzit, səhiyyə, infrastruktur və digər sahələri əhatə etməlidir. Xüsusən ABŞ-ın regiona daha yaxından bələd olan Türkiyə və Rusiyada fəaliyyət göstərən şirkətləri tərəfindən sərmayə yatırımları təşviq edilə bilər. M.Lalli tərəflər arasında qeyri-neft sektorunda mövcud uğurlu əməkdaşlığın nümunəsi kimi “Azerspace-1” peykinin dizaynı, tikintisi və sərmayə qoyuluşunu misal göstərib.

“Paşa Bank”ın idarə heyətinin sədri Fərid Axundov forumun təşkilinin bank tərəfindən dəstəkləndiyini bildirərək onun iki ölkə bankları arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına, ABŞ-ın bütövlükdə regionla iqtisadi münasibətlərinin genişləndirilməsinə yardım edəcək platformaya çevrilə biləcəyini deyib. F.Axundov “Paşa Bank”ın fəaliyyəti haqqında məlumat verərək onun Azərbaycanın ən böyük özəl banklarından biri olduğunu və ölkənin qeyri-neft sektorunun maliyyələşdirilməsində aparıcı rol oyandığını diqqətə çatdırıb.

“The Carlyle Group”un həmtəsisçisi Devid Rubinşteyn şirkətin inkişaf etməkdə olan bazarlarda aktivlərin idarə olunması sahəsindəki təcrübəsindən danışaraq, sürətlə inkişaf edən Azərbaycanda özəl kapitala sərmayə qoyuluşlarının cəlbedici göründüyünü bildirib. Qeyd edilib ki, bu gün dünyanın maliyyə bazarlarındakı ümumi vəziyyət kifayət qədər mürəkkəbdir, suveren borc problemləri yaşanır və bu amillər ölkələrin valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan faiz gəlirlərinin azalmasına gətirib çıxarır. Dünyada tanınmış iqtisadçılardan olan D.Rubinşteyn Azərbaycanın regionda daha cəlbedici maliyyə sektoruna malik olduğunu vurğulayıb.

“Citigroup”un vitse-prezidenti Zubaid Əhməd bildirib ki, şirkət regionla, xüsusən ölkəmizlə bağlı bəzi layihələrin maliyyələşdirilməsi sahəsində yerli banklarla 22 ilə yaxındır əməkdaşlıq edir. Bundan başqa, “Citigroup” tərəfindən bu əməkdaşlıq əlaqələri beynəlxalq və regional maliyyə institutları, o cümlədən Dünya Bankı, İslam İnkişaf Bankı vasitəsilə də həyata keçirilir. Kiçik və orta sahibkarlığın inkişafında maliyyə resurslarına çıxış imkanının vacibliyini nəzərə alaraq, Azərbaycanda bu sahəyə xarici kapital qoyuluşunun təşviq olunması üçün yerli banklarla tərəfdaşlıq vacibdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov, Azərbaycan Beynəlxalq Bankının Nyu-Yorkdakı nümayəndəsi Faiq Məmmədov, “AccessBank”ın sədr müavini Şakir Rəhimov tədbirin ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyini söyləyiblər.

Forum çərçivəsində aparılan müzakirələrdə “BNY Mellon” korporasiyasının vitse-prezidenti Brayan Ruane, “Finca International” şirkətinin prezidenti Rupert Skofild, Dünya Bankının baş meneceri Kristian Malder, “Dentons” şirkətinin nümayəndəsi Ceyms Hoqan, bp şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Qreq Saunders çıxış ediblər. Çıxışlarda dünyanın əsas maliyyə və ticarət mərkəzi sayılan Nyu-York şəhərində belə bir tədbirin təşkili Azərbaycanın maliyyə potensialının nümayiş etdirilməsi, əlavə kapital axının cəlb olunmasının təşviqi ilə yanaşı, işgüzar dairələr arasında ölkəmiz haqqında müsbət imicin formalaşdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Nyu-Yorkda birinci ABŞ-Azərbaycan bank və maliyyə forumu uğurla keçib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq