SİYASƏT
OANA AMAN-ın 26-cı Baş Assambleyasında iştirak edir
Aqadir, 4 iyul, AZƏRTAC
Mərakeşin Atlantik okeanı sahillərində yerləşən kurort şəhərciyi Aqadirdə Aralıq Dənizi Ölkələri Xəbər Agentlikləri Alyansının (AMAN) 26-cı Baş Assambleyası işə başlayıb. Assambleyanın işində təşkilatın üzvü olan agentliklər, habelə müşahidəçilər, o cümlədən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) iştirak edirlər. Tədbirdə OANA-nı onun baş katibi, AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edir.
Assambleyada müasir jurnalistikanın sosial şəbəkələr dövründə intellektual mülkiyyətin və müəllif hüquqlarının müdafiə olunması kimi aktual məsələləri müzakirə ediləcək.
Tədbir iki gün davam edəcək.