İQTİSADİYYAT
OMBUDSMAN FÜZULİ RAYONUNUN “QAYIDIŞ” QƏSƏBƏLƏRİNƏ SƏFƏR ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, valideynlərlə görüşündə Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat vermiş, mənfur erməni işğalçılarının havadarlarının dəstəyi ilə xalqımıza qarşı törətdiyi soyqırımı nəticəsində soydaşlarımızın insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu vurğulamışdır. Bu qanlı soyqırımın insanlığa qarşı ən dəhşətli cinayət, terror aktı olduğunu diqqətə çatdıran müvəkkil, soydaşlarımızı, o cümlədən böyüməkdə olan nəsli bu dəhşətli faciəni unutmamağa çağırmışdır.
Tədbir çərçivəsində rayon təhsil şöbəsinə müxtəlif siniflər üçün 3500 dərslik, insan hüquqları mövzusunda nəşrlər və uşaq hüquqlarına dair plakatlar təqdim olunmuşdur.
Ombudsman uşaq bağçalarına da baş çəkmiş, onların problemləri ilə maraqlanmışdır.