İQTİSADİYYAT


OPEC: 2040-cı ildə qlobal enerji tələbatı 40 faiz artacaq

A+ A

Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2040-cı ildə qlobal enerji tələbatının 40 faiz artacağını proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in hesabatında deyilir. Hesabata görə, 2040-cı ildə qalıq yanacaq növlərinin qlobal enerjidəki payı 77 faizə çatacaq. Təbii qaz isə 27 faiz ilə ən böyük paya sahib olacaq. Təbii qazdan sonra 26 faizlə neft və 24 faiz ilə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 17 faiz, nüvə enerjisi isə 6 faiz olacaq.

Qlobal enerji tələbatı 2040-cı ilədək 40 faiz artımla gündəlik 382 milyon 100 min barrel neft ekvivalentinə yüksələcək. Artımın böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən qaynaqlanacaq. Qlobal enerji tələbatında inkişaf etməkdə olan ölkələrin payı 63 faizə yüksələcək. Həmin dövrdə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə enerji tələbatı 30 faiz, Avrasiya ölkələrində isə 7 faiz təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.