İQTİSADİYYAT


OPEC: Bu il qlobal neft tələbi gündəlik 94,2 milyon barrel olacaq

A+ A

Bakı, 13 iyul, Nihad Budaqov, AZƏRTAC

Bu il Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft tələbi 2015-ci illə müqayisədə gündəlik 1 milyon 900 min barrel artaraq 31 milyon 900 min barrel, 2017-ci ildə isə cari ilə nisbətən 1 milyon 100 min barrel çoxalaraq 33 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in neft bazarına dair hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft tələbi keçən ilə görə 1 milyon 200 min barrel artımla gündəlik 94 milyon 200 min barrel, 2017-ci ildə isə 95 milyon 330 min barrel təşkil edəcək.

Qeyri-OPEC ölkələrinin builki neft təklifi Kanada və ABŞ-dakı istehsal çətinliklərindən ötəri 2015-ci ilə görə gündəlik 880 min barrel azalaraq 56 milyon 30 min barrelə enəcək. 2017-ci ildə isə bu həcm 55 milyon 920 min barrelə geriləyəcək.

İyunda ümumilikdə qazılan qazma qüllələrinin sayı 1463 olub. Qazma qüllələrinin 1031-i neft, 319-u təbii qaz və 112-si digərləridir. Qazma qüllələrinin 558-i OPEC ölkələri tərəfindən qazılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.