İQTİSADİYYAT


OPEC: İyulda qlobal neft təklifi gündəlik 170 min barrel artıb

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC 

İyulda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 170 min barrel artaraq sutkada 97 milyon 300 min barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı bu ilə görə gündəlik 1 milyon 280 min barrel artımla sutkada 97 milyon 770 min barrelə çatacaq.

OPEC-in 2018-ci ildə xam neft tələbatı bu illə müqayisədə dəyişməyərək 32 milyon 400 min barrel olacaq. Qeyri-OPEC ölkələrinin neft təklifi isə 2018-ci ildə bu ilə görə gündəlik 1 milyon 100 min barrel artaraq sutkada 58 milyon 870 min barrel təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.