İQTİSADİYYAT


OPEC: Neft bazarındakı zəifləmə davam edə bilər

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarındakı zəifləmənin davam edəcəyini proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. OPEC-in proqnozuna görə, qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır. Xam neft təklifinin artmasının təsiri ilə şirkətlərin gəlirinin azalması nəticəsində ABŞ və Avropadakı zavodlar tutumdan istifadə nisbətini aşağı salacaq.

Hesabatda ABŞ-da benzin istehlakının yay fəslinin bitməsi ilə azalacağı da bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.