İQTİSADİYYAT


OPEC: Ötən ay qlobal neft təklifi 96 milyon 320 min barrelə çatıb

A+ A

Bakı, 11 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrindəki artan neft hasilatının təsiri ilə oktyabrda qlobal neft təklifi sentyabr ayına nisbətən gündəlik 970 min barrel çoxalaraq 96 milyon 320 min barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabata görə, bu il qlobal neft tələbatı keçən illə müqayisədə 1 milyon 230 min barrel artaraq gündəlik 94 milyon 400 min barrelə, gələn il isə 95 milyon 550 min barrelə çatacaq.

Qeyri-OPEC ölkələrinin builki neft təklifi keçən ilə görə gündəlik 780 min barrel azalaraq 56 milyon 200 min barrelə enəcək. Qeyri-OPEC ölkələri üzrə neft təklifinin 2017-ci ildə isə gündəlik 56 milyon 530 min barrelə yüksələcək.

Oktyabrda dünya üzrə qazma quyularının sayı 1699 olub. Bu quyuların 562-si OPEC ölkələrinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.