İQTİSADİYYAT


OPEC Rusiya ilə neft hasilatının 6 ay müddətinə azaldılması üçün razılığa gəlib

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Rusiya ilə bu ölkənin neft hasilatının 6 ay müddətinə azaldılması üçün razılığa gəlib.

AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib.

“Biz qarşıdakı 6 aylıq müddətdə Rusiya ilə qarşılıqlı qəbul edilən şərtlər üzrə anlaşaraq neft hasilatını azaltmaq qərarına gəlmişik”, - deyə Euloqio del Pino bildirib.

Venesuelalı nazir dekabrın 10-da Vyanada OPEC-ə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasını nəzərdə tutan sənədi imzalayacaqlarını gözləyir.

Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. Yığıncaqda OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında qlobal neft hasilatının məhdudlaşdırılmasını nəzərdə tutan müqavilənin imzalanması planlaşdırılır.

Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik ümumilikdə 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.