İQTİSADİYYAT


OPEC-in Vyana yığıncağına Azərbaycan da daxil olmaqla 12 qeyri-OPEC ölkəsi dəvət olunub

A+ A

Bakı, 26 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 28-31-də Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin toplantısına Azərbaycan da daxil olmaqla kartelin tərkibində olmayan 12 neft hasilatçısı ölkə dəvət edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib. Nazir bildirib ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanada toplantıya dəvət olunub. Hələ ki, Rusiya və Qazaxıstanın dəvətə müsbət cavab verib, Norveç isə yığıncaqda iştirakdan imtina edib.

Euloqio del Pino deyib ki, oktyabrın 28-də OPEC-ə üzv ölkələrin nümayəndələrinin görüşü baş tutacaq. Ayın 29-da isə digər neft istehsalçısı ölkələrin nümayəndələri müzakirələrə qoşulacaq.

Xatırladaq ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.