İQTİSADİYYAT


OPEC-in baş katibi ABŞ-da şist nefti istehsalçıları ilə danışıqlar aparacaq

Bakı, 12 iyul, AZƏRTAC

OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, 2017-ci il ərzində ABŞ-da şist nefti hasil edən şirkətlərlə növbəti danışıqlar aparacaq.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, M.Barkindo jurnalistlərin “ABŞ-da şist nefti hasilatçıları ilə görüşməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib: “Bir il ərzində mütləq görüşəcəyik”. M.Barkindo onu da qeyd edib ki, bu ilin martında Hyustunda baş tutan əvvəlki görüş çox səmərəli keçib.

OPEC ölkələri neftin qiymətlərini sabitləşdirmək üçün ötən il noyabrın 30-da Vyanada gündəlik hasilatı 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər. Qeyri-OPEC ölkələri isə həmin ilin dekabrında gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılaşıblar. 2017-ci il mayın 25-də OPEC Ölkələri Nazirlər Şurasının 172-ci iclasında OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılması barədə razılaşma əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.