İQTİSADİYYAT


OPEC-in baş katibi İran ilə neft hasilatının həcminin dondurulmasını müzakirə edib

A+ A

Tehran, 6 sentyabr AZƏRTAC

Sentyabrın 6-da Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo İrana səfər edərək bu ölkənin neft naziri Bijən Zəncənə ilə görüşüb.

Görüşdə neftin dünya bazarlarındakı qiyməti ilə yanaşı İranın neft hasilatının həcmini dondurması məsələsi də müzakirə edilib.

Müzakirənin nəticəsi haqqında məlumat olmasa da yerli mətbuat yazır ki, OPEC-in baş katibi neftin qiymətinin yüksəlməsi üçün İrandan hasilatı azaltmaq istəyib.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə beynəlxalq enerji forumu keçiriləcək. Bu forumda dünya bazarlarında neftin qiymətinin yüksəldilməsi müzakirə ediləcək. Ekspertlər hesab edir ki, qiymətin yüksəldilməsi üçün neft ixrac edən ölkələr tərəfindən hasilatın həcmi dondurulmalıdır. Lakin İran hasilatın həcmini dondurmaq və azaltmaq istəmir. Neftin qiymətinin düşməsi İran iqtisadiyyatına mənfi təsir göstərib. Digər tərəfdən isə İran hasilatın həcmini dondursa və ya azaltsa dövlət büdcəsinin gəlirlərinə mənfi təsir göstərəcək.

Rusiya ilə Səudiyyə Ərəbistanı bu barədə razılıq əldə ediblər.

Neft ixrac edən ölkələrin hasilatın həcmini dondurmaq təklifinə münasibətləri Əlcəzairdə keçiriləcək 15-ci beynəlxalq enerji forumunda bəlli olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.