DÜNYA
OPEC-in baş katibi: Neftin qiymətləri 2015-ci ilin sonunadək bərpa oluna bilər
Bakı, 22 dekabr, AZƏRTAC
Neftin qiymətləri 2015-ci ilin sonuna qədər bərpa oluna bilər. Bu fikri Abu-Dabidə keçirilən Energetika üzrə 10-cu ərəb ölkələri konfransında iştirak edən OPEC-in baş katibi Abdulla Səlim Əl-Bədri jurnalistlərlə görüşündə səsləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda yaranmış vəziyyətə düzgün qiymət verməyin mümkün olmadığını deyən Səlim Əl-Bədrinin fikrincə, bazarın ucuz qiymətlərə reaksiyasını dəyərləndirmək üçün 2015-ci ilin ikinci yarısını gözləmək lazımdır.
Bir qədər əvvəl Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl Fərəc əl-Mazuri də dünya bazarında neftin qiymətlərinin yaxın vaxtlarda sabitləşəcəyinə ümid etdiyini bildirmişdi.
Öz növbəsində Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri Əli ən-Nuaymi krallığın neft hasilatını azaltmayacağını, OPEC-in digər üzv dövlətləri kimi kvotasını qoruyacağını deyib və neftin qiymətinin ucuzlaşmasında məsuliyyəti təşkilata üzv olmayan ölkələrin daşıdığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]