İQTİSADİYYAT


OPEC-in baş katibi bildirib ki, neft bazarlarında qiymətlər hələ tarazlaşmayıb

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo bildirib ki, dünya neft bazarında qiymətlər hələ tarazlaşmayıb.

O, “Bloomberg TV” telekanalına müsahibəsində deyib: “Bütün OPEC üzvləri neftin qiymətlərinin yüksək olmasını istəyirlər... Neft bazarında qiymətlər hələ tarazlaşmayıb”.

M.Barkindonun sözlərinə görə, OPEC neftin kommersiya ehtiyatlarının sürətlə azalmasına nail olmağa çalışır. Onun sözlərinə görə, neft ehtiyatları və qiymətləri arasında əks əlaqə var.

OPEC noyabrın 30-da Vyanada kartelə daxil olan ölkələrin gündəlik neft hasilatını 2017-ci il yanvarın 1-dən 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrelə çatdırmaq barədə razılaşma əldə edib. Bu saziş kartelə daxil olmayan ölkələrin iştirakını da nəzərdə tutur. Onların gündəlik hasilatı ümumən 600 min barrel azaldılmalıdır. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Bəhreyn və başqa ölkələr bu sazişə qoşula bilərlər. Vyanada əldə olunmuş saziş daha altı ay müddətinə uzaldılmaq imkanı ilə yarım il üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.