İQTİSADİYYAT


OPEC-in baş katibi qeyri-OPEC ölkələrinin gündəlik neft hasilatını azı 600 min barrel aşağı salacağına ümid bəsləyir

Vyana, 10 dekabr, AZƏRTAC 

Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) mənzil-qərargahında OPEC və qeyri-OPEC ölkələrinin görüşü başlayıb.

Görüşdən öncə OPEC-in baş katibi Məhəmməd Barkindo jurnalistlərə verdiyi açıqlamada OPEC və kartelə daxil olmayan hasilatçı ölkələr arasında bəyannamə imzalanacağına ümidvar olduğunu bildirib. Belə bir bəyannamənin tarixi xarakter daşıdığını diqqətə çatdıran baş katib 12 qeyri-OPEC ölkəsi ilə imzalanacaq razılaşmaya əsasən, həmin ölkələrin gündəlik neft hasilatını azı 600 min barrel aşağı salacağını gözlədiyini qeyd edib. Hasilatın azaldılmasında Rusiyanın payının 300 min barrel olacağı hesab olunur.

“Biz artıq razılaşma əldə etmişik. İndi isə yalnız son formal addımların atılması qalıb. Hər şey yaxşı olacaq”, - deyən Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih isə görüşün nəticələri ilə bağlı müsbət fikirdə olduğunu ifadə edib.

Qeyd edək ki, Vyanada keçirilən görüşə dəvət edilən 14 qeyri-OPEC ölkəsindən on ikisinin təmsilçisi görüşdə iştirak edir. Toplantıda ölkəmizi energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.