İQTİSADİYYAT


OPEC-in neft hasilatı yanvarda azalıb

Bakı, 16 fevral, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvar ayında gündəlik 890 min barrel azalaraq 32 milyon 140 min barrel olub.

AZƏRTAC OPEC-in hesabatına istinadla xəbər verir ki, OPEC-in hasilatının azaltması qlobal neft istehsalındakı payı əvvəlki aya nisbətən 33,5 faizə geriləməsinə səbəb olub.

Yanvarda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 1 milyon 290 min azalaraq 95 milyon 820 min barrel təşkil edib. Neft təklifi 2016-cı ilin yanvar ayına nisbətdə isə 460 min barrel azalıb.

Yanvarda OPEC üzrə xam neft hasilatı ən çox Nigeriya, Liviya və İranda artıb, ən böyük azalma isə Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmirliklərində baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.