İQTİSADİYYAT


OPEC-in neft ixracı üzrə gəlirlərinin artacağı proqnozlaşdırılır

Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft ixracından əldə etdiyi gəlirlərin artacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, OPEC-in neft ixracı üzrə gəlirləri 2016-cı ildə 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, təşkilatın ixrac gəlirləri ötən il neft qiymətinin ucuzlaşması və ixracdakı azalma ilə əlaqədar olaraq 15 faiz azalaraq təqribən 433 milyard dollar olub. Bu, OPEC-in neft ixracı üzrə gəlirlərinin son 12 ildəki minimum göstəricisidir.

OPEC-in ixrac gəlirlərinin bu il ərzində 539 milyard dollaradək artacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.