İQTİSADİYYAT


OPEC iyulda neft hasilatını artırıb

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı iyulda iyun ayı ilə müqayisədə 46 min barrel artaraq 33 milyon 110 min barrelə çatıb. Buna baxmayaraq iyulda OPEC-in qlobal neft istehsalındakı payı iyundakı kimi 34,8 faizdə qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Hesabata görə, iyulda OPEC üzrə xam neft istehsalı ən çox İraqda artıb. Nigeriyada isə hasilat azalıb.

Keçən ay ümumilikdə 1538 quyu qazılıb. Bu quyuların 554-ü OPEC-ə üzv ölkələrdə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.