İQTİSADİYYAT
OPEC-lə neft hasilatının “dondurulması” üzrə danışıqlar Rusiyaya 6 milyard dollar qazandırıb
Bakı, 19 noyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə neft hasilatının “dondurulması” üzrə danışıqlarda iştirak etməsi ölkəyə 400 milyard rubl (6 milyard dollar) qazandırıb.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın OPEC-lə neft hasilatının “dondurulmasına” dair görüşlərdə fəal əməkdaşlıq etməsi ölkə büdcəsinə 400 milyard rubl vəsait qazandırıb.
Belə ki, Rusiyanın büdcə gəlirlərinin təxminən 40 faizi neft və qaz gəlirlərindən asılıdır. Neft qiymətinin rekord səviyyədə ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir edib və büdcə kəsiri son altı ilin ən yüksək səviyyəsinə çıxıb. OPEC-lə neft hasilatının “dondurulması” üzrə aparılan müzakirələr nəticəsində neftin qiyməti 27 dollar/barreldən 44-45 dollar/barrelə yüksəlib və Rusiyanın büdcə gəlirləri 400 milyard rubl artaraq 700 milyard rubla çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]