DÜNYA
OPEC neft hasilatına dair müşavirəyə başlayıb
Bakı, 27 noyabr, AZƏRTAC
Avstriyanın paytaxtı Vyanada neft ixracatçısı ölkələri təşkilatının (OPEC) energetika nazirləri səviyyəsində müşavirəsi başlayıb. Müşavirənin əsas məqsədi neftin ucuzlaşmasının qarşısını almaq məqsədi ilə hasilatın azaldılmasına nail olmaqdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropada durğunluq, Çində iqtisadi inkişafın zəifləməsi və ABŞ-da şist yataqlarından neft hasilatının başlanması qiymətlərin 30 faiz ucuzlaşmasına gətirib çıxarıb.
Lakin OPEC-ə üzv 12 dövlət arasında kvota barədə yekdil rəy mövcud deyil. İran və Venesuelanın hasilatın azaldılmasına çalışacaqları gözlənilsə də, neft ixracında lider olan Səudiyyə Ərəbistanı, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Küveyt bu mövqeyi dəstəkləmir.
Analitiklərin fikrincə, geosiyasi təlatümlər fonunda bir barrel neftin stabil qiymətinin 100 dollardan yuxarı olması dövrü artıq başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]