İQTİSADİYYAT


OPEC neft hasilatının azaldılması barədə sazişin gələcəyinə dair bir neçə variantı nəzərdən keçirəcək

Bakı, 11 may, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mayın 25-də Vyanada keçiriləcək iclasda neft hasilatının azaldılması barədə sazişin gələcəyinə dair bir neçə variantı nəzərdən keçirəcək.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Suhail əl Mazrouei deyib.

“İclasda OPEC-ə üzv ölkələrin nazirlərinə bir neçə variant təqdim olunacaq. Görüş barədə nikbin proqnoz vermək olar. Birləşmiş Ərəb Əmirlikləri neft hasilatının azaldılması sazişinin müddətinin uzadılmasına dəstək verməyə hazırdır. Sazişin müddətinin uzadılması üçün elə böyük bir təhlükə yoxdur”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.